BURADA REKLAMINIZ OLA
BİLƏR

“Unibank”dan bank kartları ilə bağlı “U” dönüşü – Keşbek kəskin azaldılıb

“Unibank” bank kartları üzrə keşbek faizini kəskin endirib. 

 

Bu barədə  “Yeni Sabah” banka istinadən xəbər verir. Məlumata görə, oktyabr ayının 3-dən etibarən plastik kartlar üzrə keşbek faizləri 30%-dən 10%-ə endirilib. 

 

Bank həmçinin, Ucard üzrə də keşbek faizini 30%-dən 5%-ə endirib. Belə ki, bank yalnız bir xidmət üzrə 10%, digər xidmətlər üzrə isə əsasən 5%-dək keşbek təklif edir. 

 

Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 149,4 milyon manatdır.

Tarix: 4 Oktyabr 2023, 14:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin