BURADA REKLAMINIZ OLA
BİLƏR

Koronavirus əleyhinə vaksinlə bağlı yeni xəbər

ABŞ prezidenti Donald Tramp hesab edir ki, Birləşmiş Ştatlarda koronavirus əleyhinə vaksin 2020-ci ilin sonunda istifadəyə veriləcək.

Pravda.az-ın xəbərinə görə, Tramp bildirib ki, vaksin bu ilin sonunda olacaq".

O qeyd edib ki, ölkə hakimiyyətinin və ayrı-ayrı idarələrin inzibati nöqteyi-nəzərindən zəruri qaydalar və icazə də daxil olmaqla, dərmanın istifadəyə verilməsinə razılıq üçün bunun mümkün qədər tez olması üzərində işləyirlər.

ABŞ-ın yerli və federal orqanlarının statistikası əsasında hesblamalar aparan Cons Hopkins Universitetinin son məlumatına görə, ölkədə koronavirusa 1,15 milyondan çox yoluxma qeydə alınıb, 67,4 min insan ölüb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.Report

Tarix: 4 May 2020, 07:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin