BURADA REKLAMINIZ OLA
BİLƏR

Vəkillər Kollegiyasının üzvləri üçün növbəti ixtisasartırma təlimləri keçiriləcək

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə Ədliyyə Akademiyasının birgə əməkdaşlığı çərçivəsində vəkillər üçün növbəti ixtisasartırma təlimləri keçiriləcək.

 

Təlimlərin 13, 20, 24 və 31 oktyabr tarixlərində onlayn qaydada baş tutması nəzərdə tutulur:

 

1. 13 oktyabr 2023-cü il tarixində, saat 15:00-17:00-da “Cinayət prosesində mülki iddia” mövzusu üzrə keçiriləcək təlimdə Vəkillər Kollegiyasının üzvü Anar Məmişov;

 

2. 20 oktyabr 2023-cü il tarixində, saat 14:00-16:00-da “Uşaqların onlayn cinsi istismarı kibercinayətinə qarşı mübarizə” mövzusu üzrə keçiriləcək təlimdə Vəkillər Kollegiyasının üzvü Asif Mustafayev;

 

3. 24 oktyabr 2023-cü il tarixində, saat 10:00-12:00-da “Terrorçuluğun maliyyələşdirilməsi əməlinin tövsifi əsasları” mövzusu üzrə keçiriləcək təlimdə Maliyyə Monitorinqi Xidmətinin Hüquq departamentinin direktoru Azər Abbasov;

 

4. 31 oktyabr 2023-cü il tarixində, saat 10:00-12:00-da “BMT-nin insan hüquqları mexanizmləri. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt” və onun nəzarət mexanizmləri” mövzusu üzrə keçiriləcək təlimdə Vəkillər Kollegiyasının üzvü Sahib Məmmədov təlimçi qismində iştirak edəcək.

 

Təlimdə iştirak etmək arzusunda olan vəkillər aşağıdakı keçid vasitəsilə qeydiyyatdan keçə bilərlər:

 

https://forms.gle/4tnJ1Byk38JmWg389

 

Əlaqələndirici şəxs – Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin tədris işləri üzrə koordinatoru Günay Sultanova (tel. 012-594-99-85, 050-377-70-80).

Tarix: 7 Oktyabr 2023, 20:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin