BURADA REKLAMINIZ OLA
BİLƏR

Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter zərərsizləşdirildi

Oktyabrın 8-i saat 12:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus kvadrakopter Azərbaycan Ordusunun Kəlbəcər rayonu Qılınclı dağı istiqamətində yerləşən bölmələrinin müdafiə mövqeləri üzərində kəşfiyyat xarakterli uçuş həyata keçirməyə cəhd göstərib.

 

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

 

Bölmələrimiz tərəfindən aşkar olunan kvadrakopter xüsusi texniki vasitələrlə zərərsizləşdirilib.

Tarix: 8 Oktyabr 2023, 13:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin