BURADA REKLAMINIZ OLA
BİLƏR

Yeni rüsumlar müəyyənləşir

Ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində fəaliyyətlərə lisenziya verilməsinə görə dövlət rüsumları müəyyənləşir.

 

Pravda.az-ın xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

 

“Dövlət rüsumu haqqında” qanuna təklif olunan dəyişikliyə əsasən, ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində fəaliyyətin aşağıdakı növlərinə görə dövlət rüsumu tutulacaq:

 

ödəniş təşkilatı fəaliyyəti - 2000 manat

 

elektron pul təşkilatı fəaliyyəti - 3000 manat

 

ödəniş sistemi operatoru fəaliyyəti - 2500 manat.

Tarix: 13 Oktyabr 2023, 10:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin