BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan millisi Estoniyaya qalib gəlib

Futbol üzrə Azərbaycan milli komandası “Avro-2024”ün seçmə mərhələsində növbəti oyununu keçirib.


Pravda.az xəbər verir ki, yığmamış F qrupundakı beşinci matçında Estoniya seçməsinin qonağı olub. Tallindəki “Le Kok Arena”da oynanılan qarşılaşmanı Almaniyadan olan hakimlər briqadası idarə ediblər.


Görüş Azərbaycan millisinin inamlı qələbəsi ilə başa çatıb - 2:0. Hesabı 9-cu dəqiqədə Toral Bayramov açıb. İlk hissənin əsas vaxtına əlavə olunmuş 4-cü dəqiqədə Ramil Şeydayev penaltini dəqiq yerinə yetirərək yekun hesabı müəyyənləşdirib.


Bu nəticədən sonra xallarını 4-də yüksəldən Azərbaycan yığması dördüncü pillədə qərarlaşıb. Bir xalı olan Estoniya millisi isə sonuncudur.


Komandaların Bakıdakı ilk görüşündə qalib müəyyənləşməmişdi – 1:1.

Tarix: 13 Oktyabr 2023, 22:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin