BURADA REKLAMINIZ OLA
BİLƏR

Seçkilərin keçirilməsi ilə əlaqədar xərclər 2,3 dəfə artırılır

Gələn il üçün seçkilərin keçirilməsi və statistika tədbirləri xərcləri açıqlanıb.

Bu, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, seçkilərin keçirilməsi və statistika tədbirləri üçün 110 935 344,0 manat vəsait ayrılması proqnozlaşdırılır. Bu, 2023-cü illə müqayisədə 2,3 dəfə çoxdur. 2023-cü ilin dövlət büdcəsində bu məqsədlə 46 730 295,0 manat nəzərdə tutulub.

Tarix: 14 Oktyabr 2023, 12:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin