BURADA REKLAMINIZ OLA
BİLƏR

Koronavirusa yoluxmamaq üçün nə etməli? - ÜST AÇIQLADI

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Qebreyesus bildirib ki, koronavirusdan qorunmağın ən yaxşı vasitələrindən biri əllərin mütəmadi olaraq yuyulmasıdır.

Pravda.az xəbər verir ki, onun sözlərinə görə əllərin yuyulması ölümlə yaşam arasında bir səddə çevrilir.

“Dünyada milyonlarla insan mütəmadi olaraq əllərini yumaq üçün su tapa bilmir. Üç milyarddan çox insan su təminatından və sabundan məhrumdur. Buna görə də, onları sabun, su və digər təmizləyici vasitələrlə təmin etmək koronavirusla mübarizədə mühüm rol oynayacaq”, - deyə Qebreyesus vurğulayıb.Oxu.az



Tarix: 5 May 2020, 09:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin