BURADA REKLAMINIZ OLA
BİLƏR

Canni De Byazi: “Qol vursaydıq, rəqib qələbəni pivə ilə bayram etməyəcəkdi”

“Yaxşı oyun keçirdik. İlk hissədə bacarığımızı göstərə bilmədik. Amma balansı saxlamışdıq və mübarizə aparırdıq”.

 

Bu sözləri AVRO-2024-ün seçmə mərhələsinın VIII turunda keçirilmiş Azərbaycan - Avstriya oyunundan sonra təşkil olunan mətbuat konfransında yığmamızın baş məşqçisi Canni De Byazi deyib.

 

0:1 hesabı ilə məğlub olan komandanın çalışdırıcısı son dəqiqələrdə qol epizodundan yararlana bilmədikləri üçün təəssüfləndiyini bildirib:

 

“İkinci yarıda yaxşı oyun gedirdi və bu səbəbdən dəyişikliklərə ehtiyac görmürdük. Güclü komandaya qarşı mübarizə apardıq. Fasilədən sonra penaltidən buraxdığımız qolla məğlub olduq”.

67 yaşlı mütəxəssis futbolçuların nədənsə çəkindiyini söyləyib:


“Avstriya yaxşı komandadır. Amma biz də inkişaf edirik. Sonuncu dəqiqələrdə qol vursaydıq, rəqib qələbəni pivə ilə bayram etməyəcəkdi”.

 

De Byazi futbolçuların bu gün meydanda güclərini qoyduğunu vurğulayıb:

 

“Onlardan razıyam. Nəticə fərqli olsaydı, daha çox sevinərdik”. O, Avropa çempionatına qatılmaq üçün Millətlər Liqasında pley-off şanslarının davam etməsi barədə danışıb: “Bizim bəxtimizdəm Yunanıstan da, Lüksemburq da uduzacaq (gülür)”./Oxu.az

Tarix: 17 Oktyabr 2023, 00:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin