BURADA REKLAMINIZ OLA
BİLƏR

Rövnəq Abdullayev Sadıq Sadıqovun 2 klubdan birinin prezidenti olmasını istəyir

«Neftçi»nin sabiq prezidenti Sadıq Sadıqovu yenidən futbol sferasında görə bilərik.

 

2015-ci ildən bu sahədən uzaq düşmüş tanınmış funksioneri başqa bir klubun rəhbərliyində görməyimiz mümkündür.

 

Hər halda AFFA prezidenti Rövnəq Abdullayev belə fikirdədir. Federasiya başçısı özünə yaxın çevrədə Sadıqovla bağlı gələcək planlarından danışıb. Bildirib ki, onu futbola qaytarmaq niyyətindədir. O, iki variantın olduğunu deyib.

 

Qeyd edib ki, Sadıqov idarəçi kimi böyük təcrübəyə malikdir və Premyer Liqa təmsilçilərinin birində çalışaraq, növbəti dəfə özünü isbatlamağa hazırdır.

 

Sadıq bəy 2010-2015-ci illərdə «Neftçi»nin prezidenti olub. Bakılılar onun başçılığı altında 3 dəfə ölkə çempionu titulunu qazanıb. Həmçinin tarixdə ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

 

SPORTİNFO.AZ

Tarix: 20 Oktyabr 2023, 17:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin