BURADA REKLAMINIZ OLA
BİLƏR

Kartof bahalaşacaq? - VİDEO

İranda fəaliyyət göstərən bəzi şirkətlərdən ərzaqlıq kartof məhsulunun idxalına müvəqqəti qadağa qoyulub. “Xezerxeber.az” xəbər verir ki, səbəb məhsuldan götürülən nümunələrdə karantin tətbiq edilən zərərli orqanizm - halqavari bakterial çürümə xəstəliyi və kartofun qonur çürümə bakteriyasının aşkarlanmasıdır.

 

Nümunələr Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında yoxlanılıb.

 

Aşkar edilmiş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Qeyd olunan ixracatçıların ərzaqlıq kartof məhsulunun ölkəmizə idxalına müvəqqəti qadağa qoyulub və İranın aidiyyəti qurumuna müvafiq bildirişlər göndərilib.

 

Alıcılar isə daha çox yerli məhsullara üstünlük verdiklərini  deyirlər:


Ekspertlər hesab edirlər ki, İrandan Azərbaycan bazarına gətirilən kartofun digər xarici ölkələrlə müqayisədə bazar payı azdır. Kartof bazarındakı qiymətlərdə isə kəskin artım gözlənilmir.

 

Tarix: 22 Oktyabr 2023, 08:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin