BURADA REKLAMINIZ OLA
BİLƏR

Zakir Həsənov Türkiyə, Tacikistan, Qazaxıstan, Özbəkistan müdafiə nazirlərini təltif edib

"Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təliminin "Yüksək səviyyəli müşahidəçi günü” davam edir.

 

MN-dən verilən məlumata görə, "Yüksək səviyyəli müşahidəçi günü”ndə Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler, Tacikistan Respublikasının müdafiə naziri general-polkovnik Şerali Mirzo, Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov və Özbəkistan Respublikasının müdafiə naziri general-leytenant Baxodir Kurbanovun Azərbaycan Respublikasının "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təlfif olunması barədə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri oxunub.

 

Sonra general-polkovnik Zakir Həsənov medalları qonaqlara təqdim edib.

Tarix: 24 Oktyabr 2023, 14:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin