BURADA REKLAMINIZ OLA
BİLƏR

“Qalatasaray” öz meydanında “Bavariya”ya məğlub oldu

UEFA Çempionlar Liqasında qrup mərhələsinin III turuna start verilib.

 

A qrupunda yer alan Türkiyənin “Qalatasaray” klubu Almaniya nəhəngi “Bavariya”nı qəbul edib. Görüş qonaqların qələbəsi ilə başa çatıb - 1:3.

 

Hesabı erkən qolla almanlar açıblar. Kinqsli Koman 8-ci dəqiqədə adını tabloya yazdırıb. Yarım saatın tamamında Mauro İkardi penaltini dəqiq yerinə yetirərək, hesabda tarazlıq yaradıb. Buna baxmayaraq, “cim-bom” güclü rəqibindən xal almağı bacarmayıb. Əvvəlcə 73-cü dəqiqədə Harri Keyn yaxın məsafədən toru silkələməkdə çətinlik çəkməyib. Altı dəqiqə sonra isə Camal Musiala qarşılaşmada son nöqtəni qoyub.

 

Qələbə sayəsində xallarının sayını 9-a yüksəldən “Bavariya” liderliyini möhkəmlədib. “Qalatasaray” isə dörd xalla ikinci pillədə qalıb.

 

Digər görüşdə İtaliya “İnter”i evdə Avstriya təmsilçisi “Zaltsburq”u sınağa çəkib. Əvvəlcə 19-cu dəqiqədə ev sahiblərindən Aleksis Sançes komandasını önə keçirib. 57-ci dəqiqədə avstriyalıların heyətində Oskar Qlux fərqlənsə də, bu, komandanın səfərdə xal qazanması üçün kifayət etməyib. 64-cü dəqiqədə türkiyəli yarımmüdafiəçi Hakan Çalhanoğlu qarşısıalınmaz zərbə ilə “Zaltsburq”un ümidinin üstündən xətt çəkib. Yekunda “İnter” 2:1 hesablı qələbə qazanıb.

 

Hazırda “nerazzuri” yeddi xalla turnir cədvəlinə başçılıq edir. Hesabında üç xal olan “Zaltsburq” isə üçüncü sıradadır./APA

Tarix: 24 Oktyabr 2023, 23:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin