BURADA REKLAMINIZ OLA
BİLƏR

Aygün Bəylərin yaxını onun vəziyyətindən danışdı

"Aygün xanımın vəziyyəti yaxşıdır. Hər həftə qan analizi üçün xəstəxanaya gedir. Şükür, nəticələr də yaxşı çıxır. Hazırda xəstəxanadan çıxmışıq. Narahatlığa heç bir əsas yoxdur".


Pravda.az xəbər verir ki, bu sözləri olay-a əməkdar artist Aygün Bəylərin yaxını Ramil bəy deyib.


O, şairə Nazilə Səfərlinin paylaşımının çaşqınlıq yaratdığını vurğulayıb.


Qeyd edək ki, Nazilə Səfərli Milli Onkologiya Mərkəzində Aygün Bəylərlə foto paylaşaraq "Tez sağalın, əvəzsiz sənətkar! İnanıram ki, tez zamanda sağalıb, xalqa konsert verəcəksiniz!" sözlərini yazıb.


Şairə daha sonra paylaşımını silib.

Tarix: 25 Oktyabr 2023, 22:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin