BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda çörək ucuzlaşdı - FOTO

Azərbaycanda çörəyin qiymətində ucuzlaşma müşahidə edilib.


Pravda az xəbər verir ki, trend-in apardığı araşdırma zamanı məlum olub ki, 60 qəpiyə satılan zavod çörəyinin qiyməti artıq 55 qəpikdir.


Bu da çörəyin qiymətinin daha 5 qəpik ucuzlaşması deməkdir.


Qeyd edək ki, son bir ayda Azərbaycanda unun qiyməti bahalaşıb.Topdansatış mərkəzlərində satılan 50 kiloqramlıq un kisəsinin qiymətində 1 manata yaxın artım olub. Bu da ölkədə çörəyin qiymətinə necə təsir edəcəyi barədə suallara səbəb olurdu.

 

Xatırladaq ki, Azərbaycanda unun topdansatışı ilə 23 şirkət və bir fərdi sahibkar məşğul olur. Əksər satış mərkəzlərində qiymət artımı qeydə alınıb.

Fotoları təqdim edirik
Tarix: 28 Oktyabr 2023, 10:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin