BURADA REKLAMINIZ OLA
BİLƏR

İlin son ay tutulması başa çatdı - YENİLƏNDİ

2023-cü ilin son Ay tutulması başa çatıb.

 

Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, bu tutulma qismən Ay tutulmasıdır.

 

Tutulma saat 22:01-də başlayıb, saat 02:26-da isə sona çatıb. Tutulmanın maksimumu saat 00:15-də qeydə alınıb.

 

Qeyd edək ki, cari ilin son tutulma hadisəsini Avropa, Asiya, Avstraliya, Afrika, Şimali Amerika, Cənubi Amerikanın Şimal-Şərq hissəsi, Sakit okean, Atlantik okeanı, Hind okeanı, Arktika və Antarktidada, o cümlədən Azərbaycanda da müşahidə etmək mümkün olub.

 

***

2023-10-28 23:02

 

2023-cü ilin son Ay tutulması başlayıb.

 

Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, bu tutulma qismən Ay tutulmasıdır.

 

Tutulma saat 22:01-də başlayıb, saat 02:26-da isə sona çatacaq. Tutulmanın maksimumu saat 00:15-də qeydə alınacaq.

 

Qeyd edək ki, cari ilin son tutulma hadisəsini Avropa, Asiya, Avstraliya, Afrika, Şimali Amerika, Cənubi Amerikanın Şimal-Şərq hissəsi, Sakit okean, Atlantik okeanı, Hind okeanı, Arktika və Antarktidada, o cümlədən Azərbaycanda da müşahidə etmək mümkün olacaq.

Tarix: 29 Oktyabr 2023, 03:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin