BURADA REKLAMINIZ OLA
BİLƏR

Xankəndidə qorxunc gecə: 200 çılpaq insan bizə tərəf qaçırdı - VİDEO

"Sentyabrın 25-də partlayış baş verəndə bizim üçün ağır və çətin vəziyyət yaranmışdı. Biz müharibə vəziyyətində işləməyə öyrəşmişdik, amma bu, tamam başqa durum idi".

 

Pravda.az globalinfo.az-a istinadən xəbər verir ki, bunu "Pastinfo"ya müsahibəsində Xankəndi xəstəxanasının keçmiş direktoru Mher Musayelyan deyib.

 

"Dəhşətli gün idi... 200 nəfər tamamilə çılpaq və yanmış insan qışqıra-qışqıra xəstəxanaya daxil oldular. İnsanların içəri girməsinin qarşısını almaq üçün qapının qarşısında dayanmalı olduq. Qapının ağzında insanlara ağrıkəsiciləri verməyə başladıq. Dəhşətli vəziyyət idi", - o bildirib.

 

Qeyd edək ki, sentyabrın 25-də Xankəndi yaxınlığındakı yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində təxminən 200 erməni həlak olub.

 

Tarix: 29 Oktyabr 2023, 18:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin