BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan KİV-i gələn il büdcədən 65 milyon manat subsidiya alacaq

2024-cü ildə Azərbaycanda kütləvi informasiya vasitələrinin, o cümlədən “Azərbaycan Televiziya vəRadio Verilişləri” QSC-nin, İctimai Televiziya və Radio Yayımları Şirkətinin, “Mir” Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyinin fəaliyyətinin təmin olunması məqsədilə 64,9 milyon manat maliyyə yardımı (subsidiya) nəzərdə tutulur.

 

Bu, barədə Maliyyə Nazirliyinin məlumatında əksini tapıb.

 

Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 11,2 % çoxdur. Artım əsasən AZTV-nin vergi öhdəlikləri üzrə xərclərlə bağlıdır.

Tarix: 1 Noyabr 2023, 20:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin