BURADA REKLAMINIZ OLA
BİLƏR

Dumanlı hava şəraiti davam edəcək

Hazırda Bakıda və Abşeron yarımadasında duman və toz müşahidə olunur.

 

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, duman sinoptik şəraitlə əlaqədar olaraq payız fəsli üçün xarakterik olan atmosfer hadisəsidir.

 

Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir. Atmosfer havasının keyfiyyətinin monitorinqi üzrə fəaliyyət göstərən avtomatik stansiyalardan əldə olunan məlumatların təhlilinə əsasən havada tozun miqdarı normadan 1.4 dəfə artıqdır.

 

Dumanlı və tozlu hava şəraitinin noyabrın 5-i gün ərzində davam edəcəyi gözlənilir.

Tarix: 5 Noyabr 2023, 13:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin