BURADA REKLAMINIZ OLA
BİLƏR

"Qarabağın Dirçəlişi: Faciədən Zəfərə" adlı kitabın yazılmasına 1.2 milyon vəsaitin xərclənməsi müzakirələrə səbəb oldu - FOTO

"Qarabağ Dirçəliş Fondu" publik hüquqi şəxsin ""Qarabağın Dirçəlişi: Faciədən Zəfərə" adlı kitabın yazılması” ilə bağlı elan etdiyi tenderin nəticəsi açıqlanıb.

 

Pravda.az-ın xəbərinə görə, bu iş “Media Prima Advertising” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edilib.

 

Kitabın yazılması üçün 1 178 672 manat vəsaitin sərf edilməsi nəzərdə tutulur.

 

Məbləğin bu qədər olması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bildirilib ki, bu qədər vəsaitin xərclənməsi normal hal deyil.

 

Pravda.az məsələ ilə bağlı Fonda sorğu ünvanlayıb.

Fotoları təqdim edirik
Tarix: 7 Noyabr 2023, 14:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin