BURADA REKLAMINIZ OLA
BİLƏR

Xankəndidəki hərbi paradda düşmən texnikalarının nömrələrindən hazırlanmış lövhə nümayiş olundu

Bu gün Xankəndidə Zəfər Günü münasibətilə keçirilən hərbi paradda düşmənin hərbi texnikalarının üzərindən götürülən nömrələrdən hazırlanmış lövhə nümayiş olunub.

 

Pravda.az xəbər verir ki, lövhənin üzərində “ZƏFƏR” sözü yazılıb.

 

Qeyd edək ki, noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev paradda iştirak ediblər.

Tarix: 8 Noyabr 2023, 13:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin