BURADA REKLAMINIZ OLA
BİLƏR

Hüseyn Məhəmmədoğlu “Rəngarəng səhər” verilişini biabır etdi - VİDEO

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu ATV-də yayımlanan "Rəngarəng səhər" verilişini sərt şəkildə tənqid edib.

 

Pravda.az bizim.media-ya istinadən bildriir ki, musiqiçi bu haqda qonaq olduğu "İncə səhər" proqramında danışıb.

 

Məhəmmədoğlu üzünü aparıcı Vüsalə Əlizadəyə tutaraq bildirib ki, ad çəkmədən qonşu kanalda yayımlanan verilişdə aparıcıların qonaqların geyiminin qiymətini soruşması xoşagəlməz haldır:

 

"Vüsalə inanıram ki, sizin verilişinizdə əynimdə geyindiyim geyimi neçəyə və haradan almısan kimi suallar olmayacaq. Onsuz da mən elə verilişlərə getmirəm. Elə verilişlərdən də qaçıram. Bilirəm ki, sizin verilişiniz səviyyəlidir. O verilişə çıxanlar isə yalandan geyimlərinə 4 minə almışam deyir.

 

İnanırsınız, əynimdə gördüyünüz bu kostyumu "talkuçka"dan almışam. Əsas odur ki, mənim sənətim bahalıdır. Ucuz sənəti olanlar geyimlərinin qiymətini baha deyirlər. Mən düzünü danışıram".

 

Hüseynin bu sözlərinə isə Vüsalə "Bizdə elə suallar qonağa verilmir. Sən səhv salmısan bizi başqa verilişlə. Bizi niyə qana salırsan. Nəyimə lazımdır qonağın geyimi", deyə münasibət bildirib.

 

Tarix: 8 Noyabr 2023, 14:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin