BURADA REKLAMINIZ OLA
BİLƏR

Qətl törədən ata-oğul hökmdən narazıdır

Yevlaxda qətl törətməkdə təqsirləndirilən Afət Abdullayev və onun oğlu Təbriz Abdullayevin barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

 
Pravda.az
-ın əldə etdiyi məlumata görə, şikayət Şəki Apellyasiya Məhkəməsinin hakimi İmanverdi Şükürovun sədrliyi ilə araşdırılacaq.
 

Məhkəmənin ilkin hazırlıq iclası noyabrın 14-nə təyin edilib.

 

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Təbriz Abdullayev 18 il 6 ay və onun atası Afət Abdullayev isə 18 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Bu il fevralın 13-ü 2003-cü il təvəllüdlü Yevlax rayon sakini Amin Əsədovun çoxsaylı bıçaq xəsarətləri ilə gətirildiyi rayon mərkəzi xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

 

Araşdırma zamanı zərərçəkmiş şəxsin atası 1984-cü il təvəllüdlü Ramil Əsədovun da bıçaq xəsarətləri ilə xəstəxanaya daxil olması müəyyən edilib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlində şübhəli bilinən rayon sakinləri — 1985-ci il təvəllüdlü Afət Abdullayev və onun oğlu 2004-cü il təvəllüdlü Təbriz Abdullayev saxlanılaraq istintaqa təhvil verilib. 

 

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi üzrə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

 

Tarix: 13 Noyabr 2023, 08:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin