BURADA REKLAMINIZ OLA
BİLƏR

İlham Aslanoğlu Ali Məhkəməyə müraciət etdi

Hüquqşünas və ictimai fəal İlham Aslanoğlunun (Təhməzov) barəsindəki hökmdən kassasiya şikayəti verilib.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses noyabrın 15-nə təyin edilib.

 

Şikayət hakim Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq.

 
Qeyd: İ.Aslanoğlu Yevlax Rayon Məhkəməsinin hökmü ilə 6 ay müddətinə həbs edilib. Şəki Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.

 

O, Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə ittiham olunub. O, Yeganə Ələkbərova adlı şəxsin xüsusi ittiham qaydasında məhkəməyə müraciəti əsasənda həbs edilib.

 

Kamal Məmmədov

 

Tarix: 13 Noyabr 2023, 08:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin