BURADA REKLAMINIZ OLA
BİLƏR

FHN ionlaşdırıcı şüa mənbələrindən istifadə edən müəssisə və təşkilatlara müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) ionlaşdırıcı şüa mənbələrindən istifadə edən müəssisə və təşkilatlara müraciət edib.

 

FHN-dən Pravda.az-a bildirilib ki, müraciətdə deyilir: "Qüvvədə olan qanunvericiliyə uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi ionlaşdırıcı şüa mənbələrindən istifadə edən müəssisə və təşkilatların müvafiq mütəxəssislərinin attestasiyasını keçirir.

 

Bu səbəbdən, nüvə və radiasiya təhlükəli obyektlərin müvafiq əməkdaşlarının attestasiyadan uğurla keçməsi üçün ixtisas səviyyələrinin artırılması məqsədilə müəssisələr bir sıra hallarda bu sahədə təlimlər keçən təşkilatlara müraciət edirlər. Lakin nəzərə alınmalıdır ki, qanunvericiliyn tələbinə əsasən, radiasiya mühafizəsi, təhlükəsizlik normaları və qaydaları üzrə təlimlər keçirən fiziki və hüquqi şəxslərin tədris metodikası Agentlik tərəfindən razılaşdırılaraq müvafiq qaydalara uyğun təşkil edilməlidir.

 

Yuxarıda qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi ionlaşdırıcı şüa mənbələrindən istifadə edən müəssisə və təşkilatlara müraciət edərək, bu mənbələrlə çalışan mütəxəssislərin radiasiya mühafizəsi, təhlükəsizlik normaları və qaydaları üzrə ixtisaslarının artırılması üçün yalnız Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi ilə razılaşdırılmış tədris metodikasına malik fiziki və ya hüquqi şəxslərin xidmətlərindən istifadə olunmasını tövsiyə edir".

Tarix: 14 Noyabr 2023, 10:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin