BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycana qarşı təhdidlər münasibətlərin kəskinləşməsinə səbəb ola bilər - RƏY

“Özünü “demokratiyanın beşiyi” adlandıran, insan azadlığından, haqq-ədalətdən, ölkələrin müstəqilliyindən və suverenliyindən söhbət açan ABŞ-nin, Fransanın, Almaniyanın bu gün demokratiyadan üz döndərmələri təəssüf doğurur. Sözdə bəşəri dəyərləri gündəmə gətirən, ancaq insanların faciəsinə yollar açan, münaqişəni qızışdıran bu dövlətlərin yürütdükləri siyasət Azərbaycanın milli maraqlarına ziddir. Çünki ikili standartlar, Azərbaycana qarşı qərəzli münasibətlər adıçəkilən ölkələr tərəfindən son günlər daha da genişlənib. Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi, müstəqil siyasət yürütməsi, güclü dövlətə çevrilməsi nədənsə Qərbin siyasi dairələrini, Fransanı, Almaniyanı ciddi narahat edir. Unutmamışıq ki, onlar 30 il ərzində Azərbaycanın düşdüyü ağır vəziyyəti heç vaxt dilə gətirmədilər, Azərbaycan torpaqlarının talan edilməsini, şəhər və kəndlərinin xarababazarlığa çevrildiyini görməzdən gəldilər, BMT-nin Təhlükəsizlik Şurasının çox mühüm qətnamələrinin həyata keçirilməsinə məhəl qoymadılar. Ancaq Azərbaycan haqq-ədaləti bərpa etdikdən sonra ona qarşı qərəzli mövqe sərgiləməyə başladılar. Bu ölkələr Cənubi Qafqazda sülhü, əmin-amanlığı bərpa etmək yox, əslində münaqişəni qızışdırmaq yolunu tutublar. Onların əməlləri bunu bir daha sübut edir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasından Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Deputat bildirib ki, sadalanan dövlətlərin Cənubi Qafqazda maraqları kəsişir: “Xüsusilə də Fransa Cənubi Qafqazda yerləşmək, burada öz mövqeyini möhkəmləndirmək fikrindədir. Buna görə də Fransanın təkidi ilə istər Avropa İttifaqı, istərsə də bir çox deputatlar, siyasi dairələr Azərbaycana qarşı qərəzli təbliğat kampaniyası aparırlar. Saxta qərəzli qətnamələr qəbul etməklə, bəyanatlar verməklə Azərbaycan dövlətinin imicinə, onun inkişafına kölgə salmaq fikrindədirlər. Bütün bunlar Azərbaycan xalqını, onun Prezidentini o qədər də narahat etmir, çünki biz öz müstəqilliyimiz, suverenliyimiz uğrunda mübarizə aparmışıq, ərazilərimizi azğın düşməndən xilas etmişik. Bu gün Qərbin, Fransanın belə bir siyasət yeritməsi və bu siyasəti Ermənistanın əli ilə həyata keçirməsi əslində erməni xalqına kömək etmək yox, onu uçuruma aparmaqdır. Onlar heç də Ermənistanı müdafiə etmirlər. Əllərində oyuncaq etdikləri Nikol Paşinyanı müdafiə edirlər. Çünki Ermənistanın Baş nazir vasitəsi ilə öz çirkin məqsədlərini həyata keçirirlər. Azərbaycan dövləti güclüdür, Azərbaycan Ordusu müzəffərdir, Azərbaycan xalqı birdir. Belə bəyanatların, çağırışların, qərəzli fikirlərin Azərbaycana təsiri ola bilməz. Nəinki Azərbaycan, Türk Dünyası, hətta bəşəriyyət bu dövlətlərin məkirli siyasətinə əsrlərdir, şahididir, bu gün də şahidlik edir Ölkənin mənafeyinə zidd olan hər bir əməl, çağırış ölkəmizin rəhbəri, xalqımız tərəfindən dəf edilir və Azərbaycan dövləti buna qadirdir. Təhdidlər, təsirlər Azərbaycanı tutduğu sülh, azadlıq, inkişaf yolundan döndərə bilməz. Bu, ilk növbədə münasibətlərin kəskinləşməsinə səbəb ola və həmin dövlətlərin mənafeyinə zərbə vura bilər”.

 

Aytəkin Qardaşova

Tarix: 15 Noyabr 2023, 11:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin