BURADA REKLAMINIZ OLA
BİLƏR

"Dünyanın heç bir ölkəsində hava limanında bu yoxdur"

Aparıcı Ranar Musayev hava limanını tənqid edib.

 

Axşam.az xəbər verir ki, o, bu haqda sosial şəbəkədə şərh yazıb. Ranar bildirib ki, Bakıya gələn sərnişinlərin baqajlarının yoxlanılması onu narahat edib:

 

"Dünyanın heç bir sivil ölkəsində belə bir şey yoxdur ki, hava limanından çıxanda baqaj yoxlanışdan keçsin, özü də qırmızı "stiker" olmadığı halda. Üstəlik də mübahisə edəsən ki, çemodanın içində nə var, nə yox. Biabırçılıqdır, adam xəcalət çəkir ki, inkişaf edən ölkədə, turistləri cəlb etmək istədiyimiz halda bu nə mənzərə? Baqaj yoxlanışı uçuşun təhlükəsizliyini təmin etmək üçün minikdən öncə lazımdır. Təyyarə enəndən sonra yorğun sərnişinlərin əsəbləri ilə oynamağn nə mənası? Onsuz da qarşıda taksi sürücüləri hamıya "xoş gəldin" edəcək".

Tarix: 15 Noyabr 2023, 13:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin