BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə yarım milyon manatı mənimsəyən direktorla bağlı qərar çıxardı

Bakı Apellyasiya Məhkəməsində külli miqdarda mənimsəmə də təqsirləndirilən sahibkar Tural Heydərlinin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il 6 ay azadlıqdan məhrum edilib.

 

İttihama görə, “Firstek” mağazasının direktoru Heydərli Tural Sahib oğlu barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan olunub. O, 551 min 135 manat mənimsəmədə təqsirli bilinir.

 

Kamal Məmmədov

Tarix: 16 Noyabr 2023, 09:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin