BURADA REKLAMINIZ OLA
BİLƏR

Vətəndaşların nəzərinə: ƏDV-ləri geri alarkən diqqətli olun

Sosial şəbəkələrdə "ƏDV GERİ AL” prosesi saxtalaşdırılıb. Bununla bağlı məlumatlar müxtəlif müzakirə qruplarında paylaşılıb. Belə ki, vətəndaşları aldatmaq üçün saxta "www.edv-geri.com” saytı yaradılıb.

 

Pravda.az xəbər verir ki, məsələ ilə bağlı Elektron Təhlükəsizlik Xidmətindən (ETX) Oxu.Az-a faktı təsdiq ediblər.

 

ETX-dən bildirilib ki, kiberdələduzlar tərəfindən "www.edv-geri.com” adı altında saxta veb-sayt yaradılıb:

 

"Veb-sayt vasitəsilə vətəndaşlardan ilk növbədə FİN-kodlarını, daha sonra isə yığılan ƏDV-lərin bank kartına köçürülməsi üçün kart məlumatlarını daxil etmək tələb olunur.

 

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə saxta veb-saytlara etimad göstərməməyi, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə təqdim etməməyi tövsiyə edir”.

Tarix: 17 Noyabr 2023, 12:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin