BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu il avtomobillərin qatarın qarşısına qəfil çıxması nəticəsində 5 nəfər ölüb, 9 nəfər xəsarət alıb

Bu il ADY-yə məxsus dəmir yolu keçidlərində avtomobil nəqliyyatı vasitələrinin qatarın qarşısına qəfil çıxması nəticəsində 5 nəfər ölüb, 9 nəfər xəsarət alıb.

 

Azərbaycan Dəmir Yollarından Pravda.az-a verilən məlumata görə, hərəkətdə olan qatarın qarşısına qəfil insan çıxması nəticəsində isə 5 nəfər həlak olub, 6 nəfər ağır xəsarət alıb.

 

Özünüzün və başqalarının həyatlarını təhlükəyə atmamaq üçün dəmir yolu keçidlərindən keçərkən ehtiyatlı olun. Mütləq təyin olunmuş keçidlərdən istifadə edin!

 

19 noyabr Yol-nəqliyyat hadisələri qurbanlarının Ümumdünya Anım Günüdür. Yol-nəqliyyat hadisələri bir insanın, bir ölkənin və ya bir qitənin problemi deyil – bu hamımızı narahat edən qlobal məsələdir. Gəlin, qaydalara riayət edək, yollarımız daha təhlükəsiz olsun!

Tarix: 19 Noyabr 2023, 14:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin