Azərbaycan bazarında Rusiyada istehsal olunan “Çariçino” kolbasa və sosislərinin geniş çeşidi satılır. Doğrudanmı bu keyfiyyətsiz və insan orqanizmi üçün çox zərərli olan kolbasalar Russiyada istehsal olunur?..
Azad İstehsalçılar Birliyinin sədri: “Xaricdən gətirilən mallar Qida Təhlükəsizliyi Agentliyinin icazəsi olmadan bazara daxil ola bilməz”
“Görünür Rusiyadan gətirilən bu malların sahibləri böyük dükanlara daha çox pul verirr”.
Bu sözləri Azad İstehsalçılar Birliyinin sədri Eyyub Hüseynov bazarlarda Rusiyada istehsal olunan “Çariçino” keyfiyyətsiz kolbasa və sosislərinin geniş çeşidlə satılmasını Poliqon-a şərh edərkən qeyd edib.
Azərbaycan bazarında Rusiyada istehsal olunan “Çariçino” kolbasa və sosislərinin geniş çeşidi satılır. Qeyd edək ki, Azərbaycanda bu kolbasa və sislərin böyük əksəriyyəti endirim qiymətlərlə satılır.
“Çariçıno” kolbasalarının böyük çeşidlərinin satıldığı əsas pərakəndə satış obyektlərindən biri isə məhz “Araz” supermarketləridir. Bu ticarət obyektində satılan “Çariçıno” sosislərinin böyük əksəriyyəti qaynadılırkən dağılır və sosialərdən neft qoxusu gəlir. Buna baxmayaraq bu sosislər “Araz” supermarketlərdə satılmaqda davam edir.
Maraq doğuran sual isə bundan ibarətdir ki, doğrudanmı bu sosislər ölkəyə məhz Moskvadan ixrac olunur? Əgər bu məhsul qida paketinin üstündə göstərildiyi kimi, ölkəmizə Moskvadan istahsal olunursa, o zaman Dövlət Gömrük Komitəsi və Qida Təhlükəsizliyi Agentliyi bu keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükə yaradan məhsulu ölkəyə necə və niyə buraxır və bu məhsullar ölkənin aparıcı pərakəndə satış məntəqələrində necə satışa buraxılır?
Digər tərəfdən, əgər bu məhsullar ölkəmizə Rusiyadan ixrac olunumursa, onda bu məhsullar qeyri qanuni olaraq ölkəmizdə istehsal olunur və faktiki olaraq həm istehlakçı aldadılır, həm də Rusiya şirkətinin məhsulları ölkəmizdə qeyri-qanuni olaraq satışa çıxarılır ki, bu da qanuni məsuliyyət yaradır. Hər iki halda bu kimi məhsulların “Araz”, “Bazarsore” və “Bravo” kimi hipermarketlərdə necə satışa çıxarılır?
Əhalini keyfiyyətsiz mallarla aldadan böyük supermarketlərdə baş verənləri Poliqon-un əməkdaşı Azad İstehsalçılar Birliyinin sədri Eyyub Hüseynov ilə müzakirə edib.