BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda şirniyyat evinin müdiri kuryerini döydü

Ali Məhkəmədə qəsdən sağlamlığa yüngül zərər vurmada ittiham olunan Zaman Fərəcovun (şərti) barəsindəki hökmdən verilən kassasiya protesti və kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az
-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


 
Qərara əsasən, protest və şikayət təmin edilməyib, Bakı Apellyasiya Məhkəməsinin çıxardığı qərar dəyişdirilib. Onun qazancının 15 % məbləğində pul dövlət nəfinə tutulmaqla 6 ay müddətinə islah işləri cəzası təyin edilməsi barədə müddəalar xaric edilib.

 
İttihama görə, hadisə 12 sentyabr 2022-ci il tarixdə, saat 16 radələrində Yasamal rayonu ərazisində yerləşən “Bizim təndir” şirniyyat evinin qarşısında qeydə alınıb.

 

Belə ki, həmin şirniyyat evinin müdiri olan Zaman Fərəcov küçədə kuryer kimi işə aldığı zərərçəkmiş Kamil Vəliyevlə (şərti) mübahisə edib, onun üzərinə dəfələrlə gedərək əl-qol atıb, vurmağa cəhd edib. Həmin zaman zərərçəkmiş şəxs ona yaxınlaşmamasını, əl-qol atmamasını və ondan uzaqlaşmasını bildirməsinə baxmayaraq, təqsirləndirilən şəxs əli ilə Kamilin sifət nahiyəsindən vurub, zor tətbiq edərək onun sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirib.

 

Daha sonra Zaman Fərəcov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə ittiham irəli sürülüb. Yasamal Rayon Məhkəməsinin hökmü ilə ona qazancının 15 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 1 il müddətə islah işləri cəzası təyin edib. Daha sonra Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişib.

 

Kamal Məmmədov

 

Tarix: 23 Noyabr 2023, 10:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin