BURADA REKLAMINIZ OLA
BİLƏR

"Neftçi" Azərbaycan çempionatının əsas favoritini məğlub edib

Azərbaycan Basketbol Liqasında V turun iki oyunu baş tutub.

 

Günün ilk oyunu Cəlilabadda baş tutub.

 

Yerli komanda "Sumqayıt" ilə qarşılaşıb və 86:74 hesablı qələbəyə sevinib. Ən məhsuldar basketbolçular "Cəlilabad"dan Camani Pirs (19 xal, 10 ribaund), "Sumqayıt"dan Smit Roderik (22 xal, 12 ribaund) olublar.

 

Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən günün ikinci oyununda isə çempionatın əsas favoritlərindən sayılan "Neftçi" və "Sabah" komandaları qarşılaşıblar. Bərabər mübarizə şəraitində davam edən turun mərkəzi oyununda "Neftçi" çempionatın əsas favoritinə 96:93 hesabı ilə qalib gəlib. Ən məhsuldar basketbolçular "Neftçi"dən Toraje Breyk (27 xal, 9 ribaund), "Sabah"dan Kivon Devenport (22 xal, 9 ribaund) olublar.

 

Qeyd edək ki, turun son oyunu ("Şəki" - "Xəzri") noyabrın 26-da baş tutacaq./Report

Tarix: 25 Noyabr 2023, 21:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin