BURADA REKLAMINIZ OLA
BİLƏR

Din xadimlərinə mənzil verilməsi məsələsinə baxıla bilər - Deputatdan AÇIQLAMA

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov din xadimlərinə mənzil verilməsi barədə təklifə münasibət bildirib.

 

Deputat Pravda.az-a açıqlamasında deyib ki, bu gün Azərbaycan cəmiyyətində müzakirələr xüsusi əhəmiyyət daşıyan məsələlər ətrafında aparılmalıdır.

 

“Zaman-zaman cəmiyyətdə müxtəlif müzakirələr gedir. Bəli, bu gün yazıçılar, şairlər, ayrı-ayrı şəxslər dövlət tərəfindən mənzillə təmin olunurlar. Azərbaycanda din xadimlərinin də şəraitlərinin yaxşılaşdırılması ilə bağlı çox ciddi addımlar atılır. Din xadimlərinə dövlət maddi dəstək göstərir, onlara avtomobil verir. Din xadimlərinin həyat şəraitinin yaxşılaşdırılması məsələsi dövlətin siyasətində əsas istiqamət kimi özünü büruzə verir. Dövlətin bu qədər yükünün olmasına, Qarabağda böyük işlər görülməsinə baxmayaraq, insanlar yenə də dövlətdən nəsə istəyir, nəsə umurlar. Hesab edirəm, bu həm təbiidir, həm də təbii deyil. Biz məsələyə “şairlərə, yazıçılara, jurnalistlərə ev verilir” prizmasından yanaşsaq, belə halda din xadimlərinə, ilahiyyatçılara da ev verilməsi məsələsinə baxıla bilər. Amma son proseslər göstərir ki, bir sıra hallarda bu cür addımların atılması cəmiyyət tərəfindən birmənalı qarşılanmaya bilir. Son günlər xüsusilə Azərbaycan Yazıçılar Birliyi ilə bağlı aparılan müzakirələr də bunu göstərir. Bəli, ümumilikdə, din xadimlərinə də ev verilməsi məsələsinə baxıla, dövlət şərait, güzəşt yarada bilər. Amma eyni zamanda insanlarımız da çalışmalı, öz imkanları daxilində bu prosesdə fəal olmalıdırlar”, - deputat bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 29 Noyabr 2023, 08:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin