BURADA REKLAMINIZ OLA
BİLƏR

Fabrikin arxasında ağacları qanunsuz kəsən şəxslə bağlı QƏRAR

Gəncə Apellyasiya Məhkəməsində qanunsuz ağac kəsmədə təqsirləndirilən Sahil Bayramovun (şərti) barəsindəki hökmdən zərərçəkmiş tərəfindən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət qismən təmin edilib, Samux Rayon Məhkəməsinin çıxardığı hökm apellyasiya şikayətinə münasibətdə təqsirləndirilən şəxsə cəzanın təyin edilməsi hissəsində dəyişdirilib. Belə ki, Sahil Bayramovun 2 il müddətinə islah işləri cəzası 1 il müddətinə endirilib.

 

İttihama görə, Sahil Bayramov 2023-cü ilin fevral ayının 9-da istintaqa məlum olmayan dəqiq saatda, Samux rayonu, Sərkar kəndində yerləşən “Dəri sexi” adlanan fabrikin arxasında yerləşən, hazırda Samux Rayon Məhkəməsində mülki iş üzrə icraat aparılan mübahisəli torpaq sahəsində ümumilikdə 3200 manat dəyərində olan yaş köküstə bioloji inkişafda olan 18 ədəd qovaq cinsli ağacları kəsib. Daha sonra o, cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 29 Noyabr 2023, 09:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin