BURADA REKLAMINIZ OLA
BİLƏR

Nazirlik bir ədəd oturacağı 1593 manata alıb – TENDER

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin keçirdiyi tender müsabiqəsinin qalibi “Provide Solutions” MMC olub.

 

Yeniavaz.com xəbər verir ki, Mərkəz 150 ədəd mühərrikli təkərli oturacağa görə “Provide Solutions” MMC-yə 238 min 950 manat ödəyəcək.

 

Rəqəmlərdən göründüyü kimi, oturacağın bir ədədi 1593 manatdır.

 

Nizamnamə kapitalı 10 manat olan “Provide Solutions” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə, ev 9, mənzil 96-da yerləşir. Şirkətin qanuni təmsilçisi İntiqam Abid Əliheydər oğludur.

Tarix: 29 Noyabr 2023, 23:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin