BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda bu məhdudiyyətlər aradan qaldırıldı

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, İsveç Krallığının Esterqotlandiya əyalətində qeydə alınmış Nyukasl, İspaniya Krallığının Əndəlüs, Estremadura, Kastilya–La Mança muxtar icmalarında, Rusiya Federasiyasının Saratov vilayətində, Serbiya Respublikasının Orta-Banatski, Şimali-Baçski, Cənubi-Baçski, Qərbi-Baçski dairələrində isə yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb.

 

Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən  verilən məlumata görə, həmin ərazilərdə WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, bu xəstəliklərin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub.

 

Bununla əlaqədar, respublika ərazisinin həmin yoluxucu xəstəliklərdən qorunması məqsədilə adları çəkilən inzibati ərazi vahidlərinə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.

Tarix: 30 Noyabr 2023, 00:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin