BURADA REKLAMINIZ OLA
BİLƏR

Arvadını və qızını bıçaqlayan şəxs yenidən məhkəmə qarşısında

Bakı Apellyasiya Məhkəməsində həyat yoldaşı və qızını bəçaqlamaqda təqsirıəndirilən Aqil Məmmədovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 
Məhkəmənin növbəti iclası dekabrın 13-nə təyin edilib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Məmmədov 4 il azadlıqdan məhrum edilib. 


İttihama görə, hadisə Sabunçu rayonunun Sabunçu qəsəbəsində baş verib. 1973-cü il təvəllüdlü Aqil Məmmədov 1977-ci il təvəllüdlü həyat yoldaşı Sürəyya Məmmədovaya bıçaqla ağır bədən xəsarəti yetirib.


Ər arvadını bıçaqlayan zaman atası ilə anasının davasının qarşısını almağa çalışan 2003-cü il təvəllüdlü Məmmədova Gülmira Aqil qızı da sol əlindən bıçaqlanıb.

 

Kamal Məmmədov 

Tarix: 30 Noyabr 2023, 10:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin