BURADA REKLAMINIZ OLA
BİLƏR

Milli Məclisin komitə sədrlərinə bahalı xidməti avtomobillər verildi

Milli Məclisin komitə sədrlərinin istifadəsinə yeni xidməti avtomobillər verilib. "Report"un əldə etdiyi məlumata görə, artıq bir müddətdir ki, komitə sədrləri "Mercedes E 300" markalı avtomobillərdən istifadə edirlər.

 

Hazırda parlamentin 15 komitəsi var.

 

Qeyd edək ki, Milli Məclisin noyabrın 15-də keçirilən plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il üçün xərclər smetası haqqında” qərar layihəsinin müzakirəsində parlamentin İşlər müdiri Firudin Hacıyev bildirib ki, qanunverici orqanın builki xərclər smetasında nəzərdə tutulan vəsaitlər hesabına avtoparkın maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə avtomobillər alınıb və avtopark yenilənib.

Tarix: 30 Noyabr 2023, 16:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin