BURADA REKLAMINIZ OLA
BİLƏR

Kişi anasının sevgilisini bıçaqladı - CƏZA

Sabunçu Rayon Məhkəməsində anasının sevgilisini bıçaqlamaqda təqsirləndirilən Habil Səmədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.   

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Anar Rzayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

 

Məhkəmənin hökmü ilə o, 9 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Hökmdən narazı qalan zərərçəkmiş Şakir Əkbərov (şərti) apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

 

İttihama görə, hadisə 19 noyabr 2022-ci il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən binaların birinin qarşısında qeydə alınıb.

 

Belə ki, Habil Səmədovla anasının qeyri-rəsmi münasibətdə yaşadığı zərərçəkmiş Şakir Əkbərov arasında mübahisə yaranıb. Mübahisəyə səbəb isə zərərçəkmişin təqsirləndirilən şəxsin anasına qarşı etdiyi lüzumsuz təhdidlər olub. Habil isə bir övlad olaraq anasına qarşı olunan hərəkətləri qəbul etməyərək özündə olan mətbəx bıçağı ilə Şakirin bədəninin müxtəlif yerlərinə iki dəfə qəsdən vuraraq, ona xəsarətlər yetirib.

 

Daha sonra Habil Səmədov istintaqa cəlb edilib və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov

 

 

Tarix: 1 Dekabr 2023, 08:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin