BURADA REKLAMINIZ OLA
BİLƏR

Siqaretə görə 3 nəfəri döyən şəxslərlə bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində 3 nəfərin sağlamlığına qəsdən ağır zərər vurmada təqsirləndirilən Ayxan Məmişov, Niyazi Hacıxanov və Əlizamin Əliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib.
 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Hacıxanov 7 il 6 ay, A.Məmişov və Ə.Əliyevin hər biri isə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs olunublar.

 

Qeyd: Hadisə ötən ilin oktyabrında paytaxtın Nərimanov rayonu ərazisində baş verib.


Belə ki, təqsirləndirilən şəxslərlə paytaxt sakinləri - İdris Ağabalayev, Yasin Rzayev və Elməddin Sadıqov arasında siqaret üstündə insident baş verib və sonradan bu davaya çevirilib.

 

Dava zamanı zərərçəkmişlərdən Elməddin Sadıqovun gözünə axır xəsarət yetirilib və o görmə qabiliyyətini itirib.

 

Faktla bağlı polis A.Məmişov, N.Hacıxanov və Ə.Əliyevi saxlayıb.

 

N.Hacıxanova qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (Qəsdən sağlamlığa zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə), A.Məmişov və Ə.Əliyevə qarşı isə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

 

Tarix: 1 Dekabr 2023, 09:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin