BURADA REKLAMINIZ OLA
BİLƏR

Qadınları Türkiyədə cinsi istismara məruz qoyan şəxsin yenidən məhkəməsi başladı

Ali Məhkəmədə insan alverində təqsirləndirilən Qənimə Ədilovanın barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

 
Pravda.az
-ın əldə etdiyi məlumata görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
 

Məhkəmənin növbəti iclası gələn il fevralın 8-nə təyin edilib.

 

Qeyd: Rəsmi məlumata görə, Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı olan qadınların etibarından sui-istifadə edərək, Türkiyədə yüksək gəlirli işlə təmin edəcəyi vədi ilə aldadaraq Antalya şəhərinə aparıb orada cinsi istismara məruz qoymaqda şübhəli bilinən Qənimə Ədilova tutulub.

 

Onun barəsində Cinayət Məcəlləsinin 144-1-ci (İnsan alveri) maddəsi ilə ittiham irəli sürülüb.

 

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qənimə Ədilova 8 il müddətinə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov

Tarix: 1 Dekabr 2023, 09:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin