BURADA REKLAMINIZ OLA
BİLƏR

Əli Mirəliyevə yazılan cərimə protokoluna bu tarixdə baxılacaq

Tanınmış müğənni Əli Mirəliyevə (Fərzulla oğlu) yazılan cərimə protokoluna baxılacaq tarix açıqlanıb.

 

Pravda.az-ın xəbərinə görə, baxış iclası dekabrın 14-də Yasamal Rayon Məhkəməsinin hakimi Rauf Daşdəmirovun sədrliyi ilə keçiriləcək.

 

Qeyd: Müğənni barəsində protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 529.3-cü (Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır) maddəsinə əsasən tərtib olunub.

 

Xəyal Quliyev

Tarix: 1 Dekabr 2023, 09:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin