BURADA REKLAMINIZ OLA
BİLƏR

"Abzas Media”nın əməkdaşı barəsində həbs qətimkan tədbiri seçilib

“Abzas Media”nın əməkdaşı Nərgiz Absalamova həbs olunub.


Xətai Rayon Məhkəməsində, hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.


Qeyd edək ki, daha öncə “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, eləcə də saytın direktor müavini Məhəmməd Kekalov qaçaqmalçılıq ittihamı ilə həbs ediliblər./Report

Tarix: 1 Dekabr 2023, 14:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin