BURADA REKLAMINIZ OLA
BİLƏR

Dəhşətli soyuqlar gəlir: Qonşuda hava - 40-50 dərəcə olacaq

Yaxın günlərdə Rusiyanın bəzi regionlarında anomal soyuq hava şəraiti gözlənilir. Cebhe.info xəbər verir ki, bunu Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand TASS-a bildirib. O deyib ki, ruslar 50 dərəcə şaxtaya dözməli olacaqlar.

 

O, hava anomaliyalarını "təsiredici" adlandırıb. Mütəxəssisin sözlərinə görə, dekabrın 2-dən 6-dək olan müddətdə Şimal-Qərb Federal Dairəsinin bütün bölgələrində şaxta 16-23 dərəcəyə, Arxangelsk vilayəti, Komi və Nenets Muxtar Dairəsində isə 30 dərəcəyə çatacaq.

 

Sinoptiklər dekabrın 5-də və 6-da Mərkəzi Federal Dairədə 16-23 dərəcəyə qədər şaxta olacağını proqnozlaşdırırlar. Bu, normadan 7-12 dərəcə aşağıdır.

 

Ural, Volqaboyu, Sibir və Uzaq Şərq sakinlərini də şiddətli soyuqlar gözləyir. Perm diyarı, Kirov vilayəti, Udmurtiya və Mari Eldə termometrlər 23 dərəcəyə, Yamalo-Nenets və Xantı-Mansi Muxtar Dairəsində 30-41 dərəcəyə, Sverdlovsk, Çelyabinsk, Kurqan, Tümen vilayətlərində - 30-41 dərəcəyə enəcək.

 

“Ən şaxtalı hava Yakutiyada olacaq. Bəzi yerlərdə mənfi 54 dərəcəyə qədər, Maqadan ərazisi və Çukotkada isə mənfi 43-49 dərəcəyədək çatacaq”, -deyə meteoroloq əlavə edib.

 

Vilfand bundan əvvəl dekabrda Rusiyanın onlarla bölgəsinin qar altında qalacağı barədə xəbərdarlıq etmişdi.

 

Xatırladaq ki, bu il Azərbaycanda da qışın sərt keçəcəyinə dair xəbərdarlıq edilib.

Tarix: 2 Dekabr 2023, 22:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin