BURADA REKLAMINIZ OLA
BİLƏR

Qəbələdə 2 nəfər həbs olunub, polis xidmətdən xaric edilib

Dekabrın 2-də Qəbələ rayonu Vəndam qəsəbəsində S.Ağayev sərxoş vəziyyətdə avtomobil idarə edərək ictimai yerdə təhlükəli vəziyyət yaradıb.

 

Pravda.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

 

O, saxlanılan zaman onunla birlikdə olan onun yaxın qohumları və yanlarında olan yetkinlik yaşına çatmayan şəxs polis əməkdaşlarına müqavimət göstərərək daşla xəsarət yetirməyə və xidməti avtomobilə zərər vurmağa cəhd ediblər.

 

Fakta görə cinayət işi qaldırılıb və iki nəfər həbs edilib.

 

Eyni zamanda yetkinlik yaşına çatmayan şəxsə qarşı səlahiyyət həddini aşan polis əməkdaşı barəsində xidməti yoxlama aparılaraq o daxili işlər orqanlarından xaric edilib.

Tarix: 3 Dekabr 2023, 21:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin