BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakının kirayə mənzil bazarında son vəziyyət - VİDEO

Bakıda münasib qiymətə kirayə mənzil tapmaq günü-gündən qəlizləşir.

 

Üstəlik, qiymətlər son iki ildə nəzərəçarpacaq dərəcədə artıb.

 

Məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib ki, kirayə mənzil bazarında sonuncu dəfə 2020-ci ildə, yəni pandemiya dövründə ucuzlaşma olub:

 

"Sonrakı illərdə kirayə mənzil bazarında ciddi qiymət artımı baş verib. Əsas səbəb paytaxtda köhnə binaların sökülməsi və sakinlərin yeni evləri təhvil verilənə qədər kirayələrə köçürülməsidir. İndi köhnə binalardan mənzil tapmaq çox çətindir. Qiymət artımı da davam edir".

 

Yeni tikililər də isə say baxımından fərqli vəziyyət hökm sürür. Çoxmərtəbəli binalarda daha çox kirayə mənzillər təklif edilir. Amma burada da qiymətlər əvvəlki illərlə müqayisədə dəfələrlə yüksəkdir. 

 

Paytaxtın Yasamal, Nərimanov və Nəsimi rayonları ərazisində yerləşən kirayə mənzillərə daha çox tələbat var. Bu da ali təhsil müəssisələrinin və rəsmi iş yerlərinin əksəriyyətinin həmin ərazilərdə yerləşməsi ilə bağlıdır.

 

Tarix: 3 Dekabr 2023, 23:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin