BURADA REKLAMINIZ OLA
BİLƏR

Atasını qətlə yetirən şəxs yenidən məhkəmə qarşısında

İmişli rayonunda atasını qətlə yetirməkdə təqsirləndirilən rayon sakini Cavid Bədirxanovun barəsindəki hökmdən prokuror tərəfindən protest verilib.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, Şirvan Apellyasiya Məhkəməsində keçiriləcək proses dekabrın 5-nə təyin edilib.


 
Şikayət hakim İlkin Abdullayevin sədrliyi ilə araşdırılacaq.

 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü il C.Bədirxanovun hadisəni törədərkən anlaqsız vəziyyətdə olduğu müyəəyn edilib, o cinayət məsuliyyətindən və cəzadan azad edilib. Təqsirləndirilən şəxsin barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə təyin edilib. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına tapşırılıb. 

 

Qeyd: Hadisə İmişli rayonunun Hacırüstəmli kəndində qeydə alınıb. 1992-ci il təvəllüdlü C.Bədirxanov münaqişə zəminində atası, 1960-cı il təvəllüdlü Məmməd Bədirxanovu kürək nahiyəsindən bıçaqlayıb.

 

Yaralı xəstəxanaya yerləşdirilsə də, bir müddətdən sonra orada ölüb. 

 

C.Bədirxanov şübhəli şəxs qismində tutulub.

 

Faktla bağlı cinayət işi başlanılıb.

 

Kamal Məmmədov

Tarix: 4 Dekabr 2023, 10:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin