BURADA REKLAMINIZ OLA
BİLƏR

"Vəziyyət gündəlik rəqəm və durumdan asılı olaraq dəyişə bilər" - Emin Əmrullayev

"Qızılca ilə əlaqəli aidiyyəti qurumlarla mütəmadi işləyirik. İstəyimiz odur ki, xəstəlik tədris prosesinə ciddi təsir göstərməsin. Təbii ki, əsas məsələ şagirdlərin təhlükəsizliyidir".

 

Bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, qızılcaya yoluxanların sayı ayrı-ayrı məktəblərdə tək-tükdür: "Başa düşməliyik ki, indiki vəziyyət valideynlərin 8-9 il bundan əvvəl verdiyi qərarların nəticəsidir. Xəstəliyin artımı müəyyən müddətə izlənilməlidir. Hazırda böyük pandemiya təhlükəsinin olmadığını göstərir".

 

E.Əmrullayev valideynlərə bir daha çağırış edib ki, övladlarına vaxtında peyvənd vurdursunlar: "Qaradağda yerləşən 195 nömrəli məktəbin ibtidai sinfindən başqa distant təhsilə keçid olmayıb. Amma vəziyyət gündəlik rəqəm və durumdan asılı olaraq dəyişə bilər. Aidiyyəti qurumlarla yekun qərardan sonra distant təhsilə keçid ola bilər. Ümumilikdə məsələ nəzarətimizdədir".

 

Report

Tarix: 4 Dekabr 2023, 12:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin