BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda DƏHŞƏT: Qadın pul yığmaq üçün pişiklərə işgəncə verirmiş - İDDİA - VİDEO

Siyəzən rayonunda qadının pişiklərə işgəncə verməsi ilə bağlı iddialar yayılıb.

 

Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

 

Bildirilib ki, qadın vətəndaşlardan pişikləri saxlamaq adı ilə alıb və onlara işgəncə verib.

 

Eyni zamanda, iddia edilib ki, sözügedən qadın pişiklərə kəsik xəsarətləri yetirərək onların şəkillərini paylaşıb, müalicə olunması üçün kart məlumatlarını qeyd edərək pul yığıb. Xəsarət yetirdiyi pişiklər öldükdə isə onu yandıraraq basdırıb.

Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. 


DİN-in Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, həmin məsələ ilə bağlı Siyəzən Rayon Polis Şöbəsinə məlumat daxil olub:


“Hazırda RPŞ-nin təhqiqat qrupunda zəruri araşdırmalar aparılır. Yekunda məsələyə hüquqi qiymət veriləcək”.

Tarix: 4 Dekabr 2023, 18:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin